“Everton” “Neftçi”yə yenə söz verdi
28.12.2010 - 17:21
“Sizə şad xəbər vermək istəyirəm. “Everton”la nümayəndələri ilə Araz Abdullayevin transfer məsələsi ilə bağlı dünən söhbətimiz olub. Onlar gələn həftə səfərlə bağlı bütün məsələləri həll edib, Bakıya gələcəklər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
İngiltərənin “Everton” komandasının “Neftçi”nin və yığmamızın 18 yaşlı yarımmüdafiəçisi Araz Abdullayev transfer etməsi haqda xeyli vaxtdır danışılır. Bu məqsədlə ingilislərin ölkəmizə gəlişi uzun müddətdir gündəmdə olsa da, hələlik reallaşmayıb.
Sadıqov bildirib ki, “Everton”dan onlarla əlaqə saxlayıblar: “Arazın məsələsi onsuz da həll olunmuşdu. Bunda maliyyə, müqavilə, keçidlə bağlı heç bir problem yoxdur. Sadəcə, ingilislərin gəlişini gözləyirik. İstəyirik ki, oyunçunu özümüz göndərməyək, “Everton”un rəsmiləri gəlib, aparsınlar. Danışıqlar aparaq, onların fikirlərini öyrənək, detalları müzakirə edək. Düzdür, “Everton”un fikirlərini bilirik, müqavilədə hər şey var. Ancaq bu gün Araz kimi futbolçuları yetişdirmək çox çətindir. Abdullayevi elə-belə yollamaq yaxşı alınmaz. Şükür Allaha ki, səfərlə bağlı məsələ artıq həll olundu. İngiltərədən zəng olundu ki, keçidi yekunlaşdırmaq üçün gələn həftə gəlirlər”.
Mehman SÜLEYMANOV

0
0