“Onun ürəyi yığmada qalmışdı”
29.12.2010 - 00:01
“Baş məşqçimiz Arif Əsədov bir neçə gün öncə Bahodir Nasimovun məsələsi ilə bağlı fikirlərini bildirib. Bahodir komandamıza yayda da yüklənmiş halda gəlmişdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
“Neftçi”nin bu yay Rusiyanın “Rubin” klubundan 1 illiyə icarəyə götürdüyü özbək hücumçu Bahodir Nasimov ümidləri tam doğrultdu. Ancaq 15 qolla çempionatımızın bombardiri olan Nasimov yığmasının sıralarında olduğundan, “Neftçi”nin Türkiyədəki ilk hazırlıq mərhələsini buraxacaq.
Sadıqov hücumçunun fiziki hazırlığına güvənir: “Mən elə başa düşürəm ki, Nasimovun fiziki durumu yaxşı vəziyyətdə olduğundan, hələlik bu, özünü göstərmir. Ancaq son oyunlarda gördünüz ki, Bahodirdə bir az yorğunluq vardı. Düzdür, onun milli komandada oynaması gələcəkdə də bizə yorğun qayıtması deməkdir. Ancaq neyləmək olar? Bahodir öz millisini təmsil edir. Onun ürəyi yığması ilədirsə, biz onun buraxmaya bilməzdik. Nasimovun fiziki durumu çox yüksək səviyyədə olduğundan, yəqin ki, yorğunluğun öhdəsindən gələr”.
Mehman SÜLEYMANOV

0
0