“Heç azarkeşlər də inanmaq istəmirlər ki, biz uduzmuşuq”
28.12.2010 - 18:30
“2010-cu ildə yaxşı hadisələr də oldu, pis günlər də. Yaxşı deyəndə, komandanın qələbələrini nəzərdə tuturam. Pis günlər isə gözlənilməz məğlubiyyətlərlə bağlıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Alim Qurbanov deyib.
“Qarabağ”la oyundan sonra istirahətə buraxılan əyalət təmsilçisi yanvarda bir araya gələcək. Bundan istifadə edən futbolçular həm bayram tədarükü görürlər, həm də XIX turun yorğunluğunu çıxarmağa çalışırlar.
İli dəyərləndirən yarımmüdafiəçi “Qarabağ” yenilgisini hələ də unuda bilmədiyini qeyd edib: “Hələ də məğlubiyyətin şokundan ayılmamışam. Heç azarkeşlərimiz də inanmaq istəmirlər ki, biz uduzmuşuq. Gözlənilməz oldu. Doğma meydanda ilk məğlubiyyətimiz idi. Yenilgi liderliyi də əldən verməyimizə səbəb oldu”.
Qarşıdan gələn 2011-ci ilin dovşan üzərində təhvil olması isə deyəsən Qurbanovu bir qədər ehtiyatlı olmağa vadar edir: “Dovşan ili gəlir. Dovşan da qorxaq heyvandır. Bir qədər ehtiyatlı olmaq lazımdır. Yeganə istəyim, “Xəzər Lənkəran”la çempion olmaq və ölkə kubokunu qazanmaqdır. İnşallah, məqsədimizə çatarıq”.

- "Mançester Siti" və "Çelsi" 16 yaşlı vinger üçün yarışırlar
- "Napoli" də "Qarabağ"la oyuna görə cərimələnib
- "Atletik" "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə cəzalandırılıb
- Almaniya millisinin sabiq üzvü faciəvi şəkildə həlak olub
- “Barselona” mərkəz müdafiəçisi axtarışındadır: üç namizəd var
0
0