Səriştəsiz Süleymanov, həmin Şensoy, başqa “Turan”
29.12.2010 - 00:05
“Turan” Naci Şensoyla yeni dönəmə başlayır. Keşməkeşli, əziyyətli, çətin dövrə. Kimsə türkiyəli çalışdırıcının Tovuz təmsilçisinin bütün problemləri yoluna qoyacağını düşünməsin. Şensoy Azərbaycanda çalışmaq üçün olduqca bacarıqlı birisidi. Ancaq iş yeri onun ideyalarını həyata keçirmək üçün münbit şəraiti yaradacaqmı?
Qərb klubunun prezidenti Musa Süleymanov az qala hər müsahibəsində qeyd edir ki, futboldan kənar adamdı. Alveri daha yaxşı bacardığını da dilə gətirən bu şəxs komandanın işinə qarışan kimi nəsə baş verir. Elə məhz Süleymanovun futbolda səriştəsizliyinin nəticəsidir ki, tovuzlular bir il bitməmiş 4 məşqçi dəyişib. Ancaq Nizami Sadıqov, Sakit Alıyev və Süleymanovla dost olan Revaz Dzodzuaşvili üzüyola idisə, Naci bəylə ortaya xeyli problem çıxacaq.
Şensoy tamam fərqli adamdı. Bu şəxs görəcəyi işdə uğurlu olmaq üçün mütləq şəkildə yaxşı legionerlər istəyəcək. Modebadze və ya Qonta kimisini yox, əsl legioner. O, gəncləri məhz təcrübəli əcnəbilərin yanında püxtələşdirmək niyyətindədi ki, mətbuat konfransında da buna işarə vurub. Ancaq minimal xərclərlə maksimal nəticə hədəfləyən Musa bəy buna razılaşacaqmı?
Təbii ki, bütün bunlar zaman məsələsidi. Ancaq tanıdığımız çılğın Şensoy xasiyyətini dəyişməyibsə, ideyaları uğrunda hətta prezidentlə qalmaqaldan da çəkinməyəcək. Hətta onun bəzi açıqlamaları kluba problem də yarada bilər. Çünki Fuad Musayevin, Ramiz Mirzəyevin AFFA prezidenti olduğu dönəmdə assosiasiyanı yaş yuyub quru sərən türkiyəli indi eyni addımı atacağı təqdirdə başı ağrıya bilər. Zaman o zaman deyil, Şensoy çox sıxılacaq.
Düzü, mənim üçün Revaz Dzodzuaşvilinin postundan göndərilməsi də aydın deyil. Çünki klub eyni planları gürcüylə də qururdu. Süleymanovun dostu olan çalışdırıcı da bu yöndə ilkin addımlar atmağa, komandanın nəticələrini yaxşılaşdırmağa başladı. Birdən nə oldusa, Dzodzuaşvili yararsız hesab edildi. Musa bəyin gürcüdən imtina etmələrinə qəribə izahı var. Belə ki, guya komandanın oyunçuları Revaz bəyin danışdığı rus dilini bilmirmiş və anlaşma istənilən səviyyədə deyilmiş. Doğrusu, çox qəribə izahdı. Görəsən, əcnəbilərlə işləyən klublarımızda məşqçiylə futbolçular bir-birini necə başa düşür? Görünən odu ki, dil məsələsi sadəcə, bəhanədi.
İstənilən halda qərar verilib, müqavilə imzalanıb və Şensoy 3-cü dəfə "Turan"da söz sahibi olacaq. Ancaq onun çempionatda da söz sahibi olması üçün təkcə məşqçi istedadı kifayət etməyəcək. Bütün məsələlər axırda maddi duruma, klubun imkanlarına bağlanacaq. İndiki vəziyyətdə hətta Joze Mourinyo, Lui van Qal da tovuzluları "altılıq" uğrunda mübarizəyə qoşa bilməz. Tovuz super istedadlar "yatağ"ı olsa da...
CAVAD

0
0