Superliqada baş məşqçi istefası - FOTO
29.12.2010 - 00:10
"Kasımpaşa" baş məşqçisi Yılmaz Vuralı istefaya göndərib. Apasport.az saytının məlumatına görə, xəbəri mediaya klubun futbol şöbəsinin direktoru Süha Sidal açıqlayıb: "Yılmaz Vural həqiqətən əla məşqçidi. Biz ondan çox məmnun idik. Ancaq fasilə zamanı istədiyi oyunçuları ala bilməyəcəyimiz üçün qarşılıqlı şəkildə razılaşaraq ayrıldıq. Xidmətinə görə ona təşəkkür edirik. Biz isə mübarizəni davam etdirib elitada qalmaq üçün əlimizdən gələni edəcəyik. Təzminatla bağlı heç bir söhbət yoxdu. Eyni zamanda Vuralın gedişi transferdə susqun qalacağımız kimi başa düşülməsin. Sadəcə, onun istədiyi transferləri edə bilməyəcəyik".
Bundan sonra isə Yılmaz Vural "NTV Spor"a danışıb: "Qış fasiləsində 3-4 oyunçu almaq məcburiyyətində olduğumuzu dedim. Ancaq maddi sıxıntısı olan rəhbərlik 5 milyon lirə dəyərində olan bu transferləri gerçəkləşdirə bilməyəcəyini bildirdi. Mən də bundan sonra yeni məşqçi ilə yola davam edə biləcəklərini, dəyişikliyin komandaya yaxşı təsir göstərəcəyini söylədim".
"Kasımpaşa" artıq yeni baş məşqçisini də tapıb. Belə ki, klub vaxtilə Superliqada "Gənclərbirli"yini çalışdırmış Fuad Çapa ilə 1,5 illik müqavilə imzalayıb. Daha sonra mətbuat konfransı keçirən məşqçi "Kasımpaşa"nı özünə uyğun klub hesab etdiyini deyib: "Yaxşı heyətimiz var. Lakin birinci dövrədə müdafiə xəttində bəzi problemlər olub. İşimiz çətindi, amma mümkünsüz deyil. 1-2 oyunçu alaraq yeni ili sevinclə qarşılamaq istəyirik".

0
0