Bahodir Nasimov problemlə üzləşdi
29.12.2010 - 10:02
“Neftçi” klubunun flegioneri Bahodir Nasimovun 2011-ci il Asiya çempionatının final mərhələsində iştirak etməsində problem yaranıb. Apasport.az saytının məlumatına görə, bu, Özbəkistan yığmasının baş məşqçisi Vadim Abramovun qərarı ilə bağlıdır.
O, Dubaydakı toplanışına dəvət etdiyi 26 futbolçu arasında seçim edərək, Qətərdəki qitə birinciliyinə aparacağı 23 nəfərlik iştirak ərizəsini dəqiqləşdirib. Özbəkistan Futbol Federasiyasının rəsmi saytında aşıqlanan həmin siyahıda Premyer Liqamızın cari mövsümündə 15 qol vuran Nasimovun adı yoxdur.
Görünür, Bahodirin yığmanın düşərgəsində üzləşdiyi zədə problemi özünü göstərib və nəticədə kənarda qalan 3 futbolçudan biri olub. Əvəzində yayda “Neftçi”yə gələn, ancaq sonda Rusiyanın “Sibir” klubuna keçən 23 yaşlı yarımmüdafiəçi Vagiz Qaliulin heyətdə yer alıb.

0
0