Rəşad Sadıqovun məşqi mətbuat üçün qapalı oldu
29.12.2010 - 12:13
Rəşad Sadıqovun məşqi mətbuat üçün qapalı oldu
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun heyətində yer aldığı Türkiyənin “Əskişəhərspor” klubu məşqlərini bərpa edib. Apasport.az saytının məlumatına görə, dövrlərarası fasiləyə hazırlığı Antalyada keçirən komanda “Calisia” otelində məskunlaşıb.

Artıq ilk məşqə çıxan “Əskişəhərspor”un futbolçuları əvvəl fitnes zalında çalışıb. Baş məşqçi Bülənt Uyğun daha sonra futbolçuları otelin kənarında, dəniz sahilində fiziki kondisiyaların artırılması yönündə çalışdırıb. Ancaq bu məşq mətbuat üçün qapalı olub.