Biabırçılıq: Oğlanlar qızlara uduzdu
29.12.2010 - 13:05
15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Sissi Raytın yetirmələri Bakının “İnter” klubunun nəzdindəki 1996-1997-ci il təvəllüdlü oğlanlardan təşkil olunmuş komanda ilə qarşılaşıblar. Şağan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matçda xanımlar üstün olub – 1:0. Oyundakı yeganə qolun müəllifi Olya Şioşvili olub.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0