Moldova - Azərbaycan oyunu baş tutmayacaq
29.12.2010 - 16:33
Moldova millisi Azərbaycan yığması ilə Dubayda yoldaşlıq görüşü keçirməyəcək. Apasport.az saytının məlumatına görə, moldovalılar Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı çərçivəsində Danimarka ilə oyundan sonra Portuqaliyaya yollanacaqlar.
Onlar fevralın 4-dən 10-dək Laqos şəhərində təlim-məşq toplanışı keçəcək. Qabi Balintin çalışdırdığı komanda fevralın 6-da “San-Antonio” stadionunda Polşa ilə görüşəcək.
Bundan 3 gün sonra, FİFA-nın “pəncərəsi”ndə Andorra ilə “Laqos” stadionunda yoldaşlıq görüşü olacaq. Bu, yığmaların tarixində ilk oyunu olacaq.
Qeyd edək ki, millimiz yanvarın 27-dən fevralın 10-a kimi Dubayda hazırlıq keçəcək.

0
0