Georgi Nikolovun ürək sözləri
29.12.2010 - 17:07
“Komandamız üçün kifayət qədər uğurlu olan 2010-cu ili yola salırıq. Axı biz bu ildə çempion olduq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.
Bu il tarixində 2-ci dəfə ölkə çempionu olan “bankirlər” üçün başa çatmaqda olan 2010-u uğurlu saymaq olar. Nikolov gələn il komandasından “qızıl dubl” gözləyir: “Gələn ildə komandaya bu uğuru iki dəfə artırmağı və qələbələri ilə başa çatmaqda olan ilin xoş nəticələrini kölgədə qoymağı arzulayıram. Həmçinin futbolçulara, məşqçilərə və klubun bütün heyətinə şəxsi həyatda xoşbəxtlik, ailələrinə cansağlığı diləyirəm. Qoy, gələn il onlara yalnız xoşbəxtlik gətirsin və yaddaşlarında yalnız xoş xatirələr qalsın!”.
Azərbaycan xalqına da Yeni il təbriklərini çatdıran bolqarıstanlı prezident hamıya xoşbəxtlik və firavanlıq arzulayıb: “İşıqlı bayramlar yaxınlaşır. Yeni il özü ilə yeni ümidlər gətirir. Məni vətənində isti qarşılayan, 5 ildir mənə qayğı və mərhəmətini əsirgəməyən Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Hamıya böyük məhəbbət arzulayıram. Qoy, hər bir ev xoşbəxtliklə, çox uşaqla dolu olsun. Arzu edirəm ki, gələn il bütün arzular həyata keçsin. Ən başlıcası, hamıya ayrı-ayrılıqda cansağlığı arzulayıram!”.
Mənbə: inter.az

0
0