Vüqar Nadirov: Nə vaxtsa dovşan öldürməyə həvəsim olmayıb
30.12.2010 - 13:17
“Açığı, illərin hansı heyvanlar üstündə təhvil almasına elə də fikir vermirəm. Ancaq qarşıdan anadan olduğum Dovşan ili gəlirsə, yəqin ki, mənim üçün düşərli olar. Hər şey Allahın əlindədir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Vüqar Nadirov deyib.
Milli komandamızın da üzvü olan 23 yaşlı hücumçu 1987-ci il təvəllüdlü olduğundan, Dovşan ilinin nümayəndəsidir. Gələn il Qarabağın işğaldan azad olunmasını arzulayan Vüqar həm də karyerası və futbolumuzda uğur gözləyir: “Bundan əvvəlki Dovşan ili, 1999-cu il elə yadımda qalmayıb. Çünki o vaxt uşaq idim. İnanıram ki, gələn il həm mənim, həm də futbolumuz üçün uğurlu olacaq. Ən böyük arzum “Qarabağ”la avrokubokların qrup mərhələsinə çıxmaqdır ki, bunu 2011-də gözləyirəm. Karyeramın böyük hissəsi “Qarabağ”la bağlıdır, amma bu komandada çempion olmamışam. Buna da gələn il nail olmaq istərdim. Yığmamızı da gələn il çoxlu məsul oyunlar gözləyir. İstərdim ki, 2011-ci ildə daha çox xal yığıb, qrupumuzda 3-4-cü yeri tutaq. “Qarabağ”la müqaviləm də gələn yay bitəcək. Əlbəttə, yeni müqavilə imzalamaq istərdim”.
Nadirov dovşana münasibətinin yaxşı olduğunu bildirib: “Ancaq heç vaxt saxlamışam. Dovşan ovuna da getməmişəm. Açığı, nə vaxtsa dovşan öldürməyə həvəsim olmayıb, əlim də gəlməz. Məncə, dovşanı öldürmək olmaz”.
Mehman SÜLEYMANOV

0
0