Rodriqo Tabata Rəşad Sadıqovun komanda yoldaşı oldu
30.12.2010 - 14:50
Rodriqo Tabata Rəşad Sadıqovun komanda yoldaşı oldu
“Beşiktaş” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Simao Sambroza, Manuel Fernandes və Uqo Almeydanın keçidini həll edən “qara qartallar” yığmamızın kapitanı Rəşad Sadıqovun “Əskişəhərspor”da komanda yoldaşı Sezer Öztürkü də rənglərinə bağlayıblar.

24 yaşlı gənc ulduz heç də “Beşiktaş”a portuqaliyalılardan ucuz başa gəlməyib. Onlar Öztürkün əvəzinə 8 milyon avro transfer qiyməti olan Yaponiya əsilli braziliyalı Rodriqo Tabatanı “Əskişəhər”a “hədiyyə” ediblər.

Qeyd edək ki, son yarım ildə “Beşiktaş”ın ikinci legioneri “Əskişəhər” klubuna keçir. Tabatadan öncə çilili Rodriqo Tello da eyni aqibəti yaşamışdı.