“Qarabağ” ən yaxşı futbolçusunu seçdi
30.12.2010 - 15:22
“Qarabağ” bu il ən yaxşı futbolçusunu seçib. Apasport.az saytının məlumatına görə, komandanın və yığmamızın 21 yaşlı hücumçusu Rauf Əliyev hamıdan çox səs yığıb. 290 xal toplayan Rauf ən yaxın izləyicisi olan gürcü həmkarı Georgi Adamiyanı 11 səs qabaqlayıb.
Sonrakı yerləri hərəyə 260 bal toplayan müdafiəçilər – Maksim Medvedevlə albaniyalı Admir Teli tutub. Yarımmüdafiəçi Rəşad Sadiqov 256 xalla 5-ci olub.
Klub daxilində keçirilən səsvermədə texniki heyətin iştirakı olmadan, direktordan operatora qədər hər kəs öz seçimini edib. Sorğunun özəlliyi ondadır ki, onda mövsümdə “Qarabağ”dan formasını geyən 26 futbolçunun hər biri səs alıb. Yəni 1-dən 26-ya qədər hər futbolçuya bir dəfə olmaqla səs verilib.
Rauf 3-cü ildir keçirilən səsvermədə qalibi olub ki, ondan əvvəlki qaliblər müdafiəçi Maksim Medvedevlə hücumçu Vaqif Cavadov onun yığmada komanda yoldaşlarıdır.
Qeyd edək ki, bu il çempionatda 10 qol vuran Əliyev “Qarabağ”ın Avroliqada Polşanın “Visla” klubuna evdə 3:2 hesabı ilə qalib gəldiyi cavab görüşündə də fərqlənib.
Mənbə: qarabagh.com

0
0