Əsrin layihəsi apasport.az saytında!!!
07.01.2011 - 10:48
Artıq 2011-ci il başlayıb. Bu, Azərbaycan futbolu üçün yubiley – 100-cü il olacaq. Təbii ki, futbolumuzun baş qurumu AFFA da, digər klublar, mətbuat bu önəmli əsrdə bir dəfə yaşanan hadisə ilə bağlı bir sıra layihələr gerçəkləşdirəcəklər. Hələ açıqlanmayan bu layihələrdən yeni ildə hamı xəbərdar olacaq.
Azərbaycan idmanının, futbolunun öncüllərindən olan apasport.az da bu yubileydən kənarda qala bilməz. Elə bu səbəbdən də əsri tamamlayacaq futbolumuzun bir, həm də birinci əsri ilə bağlı xüsusi layihə hazırlamışıq. Əslində, layihə yanvarın 1-dən sonra da açıqlana bilərdi. Lakin layihəni həmin gündən başlamaq niyyətində olduğumuzdan, bu yeniliyi indidən təqdim etməliyik.
Beləliklə, apasport.az-da 100 illik yubileyin, yəni futbolumuzun bir əsrinin layihəsini təqdim edirik. Artıq neçə illərdi beynimizdə olan və gününü gözləyən bu ideya 100 ilin rəmzi yığmasının tərtib olunmasından gedir. Həqiqətən də futbol tariximizin ideal “11-liy”i maraq doğurur. Bəlkə də, apasport.az-ın layihəsi olan bu şəxsi ideyamı həyata keçirib öz versiyalarını, müəyyən dəyişikliklər edilmiş variantını gerçəkləşdirənlər də tapılar.
Amma bizim işimiz 1911-2011-cu illərin ən yaxşı 11 Azərbaycan futbolçusunu və təbii ki onlara başçılıq edəcək baş məşqçini müəyyənləşdirib, rəmzi yığma tərtib etməkdir. Seçim etməyi isə apasport.az oxucularının öhdəsinə buraxır. 100 ilin yığması üçün öz variantlarınızı qurub, bizə göndərin. Bütün heyətləri nəzərdən keçirib, hesablamalar apararaq, hansı ampluada kimlərin səs yığdığını müəyyənləşdirmək isə apasport.az-ın üzərinə düşür.
Yanvarın 1-i saat 00:00-dan başlayaraq qəbul edəcəyimiz variantları, yəni səsverməni mayın 28-də, Respublika günü saat 23:59-da tamamlayacağıq. Hər halda, futbolumuzun ad günü ilə bağlı layihəni ölkəmizin müstəqillik əldə etdiyi gün bitirmək yaxşı olardı. Əksər rəmzi yığmalarda olduğu kimi, futbolumuzun 1 əsrinin yığması da 1 qapıçı, 4 müdafiəçi, 4 yarımmüdafiəçi, 2 hücumçudan və baş məşqçidən ibarət olacaq.
Bütün oxucularımıza hörmətlə yanaşdığımızdan, onların bütün variantlarını qəbul edir, siyahıya daxil edilə biləcək oyunçular üçün hər hansı şərt qoymuruq. Yəni, öz namizədlərimizi açıqlayıb, seçim etməyi tapşırmırıq. İstədiyiniz, ən güclü saydığınız 11 futbolçu və 1 məşqçiyə səs verə bilərsiniz.
Oxucularımız e-mail ünvanına, poçtumuza məktub yazmaqla, buna imkanı olmayanlar isə redaksiyamıza zəng vurmaqla, öz seçimləri haqda məlumat verə bilərlər. Biz isə cavabları qəbul edib, hesablama aparacaq və mütəmadi nəticələri açıqlayacağıq. Futbol mütəxəssisləri və veteranlarını, elə indi top qovan oyunçuları da fikirlərini bildirməyə dəvət edirik.
Sorğuya qatılmaq üçün e-mail ünvanı: [email protected]
Poçt ünvanı: Bakı şəhəri, Zərifə Əliyeva prospekti, 27, apasport.az saytı (əsrin yığması)
Telefon: 012 596 33 57, 012 596 33 58 (həftənin I-V günləri saat 10:00-dan 17:00-dək)
Vüqar XEYRULLAYEV

0
0