“Xəzər Lənkəran”ın təklif göndərdiyi yerli futbolçu
30.12.2010 - 16:04
“Muğan”ın kapitanı Elnur Abdullayev “Xəzər Lənkəran”dan təklif alıb. Bu haqda apasport.az saytına Salyan təmsilçisinin vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib.
O bildirib ki, 24 yaşlı yarımmüdafiəçinin qış “transfer pəncərəsi”ndə cənub komandasına keçəcəyi gözlənilir: “Hələlik klublar arasında danışıq olmayıb. Ancaq Elnur “Xəzər Lənkəran”dan təklif aldığını dedi. Abdullayevin məsələsinə yanvarda tam aydınlıq gələcək. Yəqin ki, keçiddə problem olmaz və kapitanımızın müəyyən kompensasiyanın qarşılığında “Xəzər Lənkəran”ın gedişinə imkan yaradacağıq”.
Qeyd edək ki, uzun illər “Bakı”da oynayan Elnur “Muğan”a güclülər dəstəsinə çıxandan sonra - 2008/09 mövsümündə keçib. Gənclər yığmamızın sabiq üzvü salyanlıların heyətində çempionatda 60 oyuna 2 qol vurub. Yığmamızın baş məşqçisi Berti Foqts bu ayın əvvəlində Bakıda 4 günlük hazırlıqda bəyəndiyi Abdullayevi yanvarın sonunda Dubaya 14 günlük toplanışa dəvət edib.
Mehman SÜLEYMANOV

0
0