Dünya çempionu “Qalatasaray”la anlaşdı
30.12.2010 - 16:24
“Anderlext”in argentinalı futbolçusu Lukas Bigliya növbəti ildən “Qalatasaray”ın şərəfini qoruyacaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 2005-ci ildə ölkəsinin 20 yaşlılardan ibarət yığmasının heyətində dünya çempionu olan dayaq yarımmüdafiəçisi “sarı-qırmızılarla” 3 illik müqavilənin şərtlərini razılaşdırıb.
İstanbul klubu 2006-cı ildən “Anderlext”də forma geyinən Bigliyanın transferi üçün 3 milyon avro xərcə düşüb. Futbolçu Türkiyədə isə ilinə 1,5 milyon avro qazanacaq.
Qeyd edək ki, 24 yaşlı futbolçu yanvarın 5-də rəsmi müqaviləyə imza atacaq.

0
0