“Gəncə” daha 4 futbolçudan imtina etdi: Ardı da olacaq
31.12.2010 - 00:02
“Gəncə” klubunda “təmizləmə əməliyyatı” davam edir. Bu barədə apasport.az saytına açıqlamasında komandanın prezidenti Elmir Əliyev məlumat verib.
O bildirib ki, ukraynalı Vladimir Kozlenko, gürcü Levan Mdvinişvili və kamerunlu Patris Nikeudunun ardınca bəzi futbolçularla da vidalaşıblar: “Bunlar müdafiəçi Rafael Əmirbəyov, yarımmüdafiəçilər - Rəhman Əzizov, Georgi Seturidze və kamerunlu Armand Feutçinedir. Düzdür, Armandla bağladığımız 6 ay aylıq müqavilənin müddəti bitib. Biz onun komandamızda saxlamaq istədiyimizdən, anlaşmanı artıra bilərik. Bununla bağlı kamerunlu ilə söhbətimiz olacaq. Əgər təklifi qəbul etsə, qalacaq, əks təqdirdə yox. Rafael komandasını dəyişmək fikrinə düşdü. Onun getmək istəyini müsbət cavablayaraq, azad agent statusu verdik. Ancaq qalanları ilə müqaviləmiz olduğundan, razılığımız olmadan sərbəst başqa kluba keçə bilməzlər”.
Gəncəlilər artıq 7 futbolçu ilə vidalaşsa da, bu, son olmayacaq: “Onu deyim ki, bu, gedənlərin tam siyahısı deyil. Son vaxtlar şəxsi işlərimlə bağlı Bakıda idim və Gəncəyə yeni qayıtmışam. Baş məşqçimiz Fuad İsmayılovla hələ görüşüb, söhbətləşməmişəm. Bunu edəndən sonra onun sərəncamında görmək istəmədiyi futbolçularla yollarımızı ayırmaqda davam edəcəyik”.
Əliyev bildirib ki, gedənlərin sayı nə qədər çox olsa da, onların yerini doldura biləcəklər: “Onsuz da cari mövsümdə “altılığ”a düşməyəcəyik, ölkə kubokunda da mübarizəni dayandırmışıq. Bu mənada əlavə xərcə düşməyə ehtiyac görmürük və əvəzedicilərimizdən futbolçular cəlb edərək, cari mövsümü bitirəcəyik. Yeni mövsümün komandasını qurub, heyətimizi sonradan gücləndirəcəyik. Aparıcı futbolçularımıza təkliflər olsa da, onların getmək fikri yoxdur”.
Mehman SÜLEYMANOV

0
0