Kaxaber Sxadadzedən təbrik
30.12.2010 - 18:57
Kaxaber Sxadadzedən təbrik
Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan xalqını qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu olan 42 yaşlı gürcü mütəxəssis komandasına və azarkeşlərinə ürək sözlərini çatdırıb: “İlk növbədə Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edirəm! Xüsusi təbriklərimi “İnter”in heyətinə, klubun bütün işçilərinə ərməğan edirəm. Onlara can sağlığı, xoşbəxtlik diləyirəm. Arzu edirəm ki, gələn il onların ailələrində, həm şəxsi həyatlarında, həm də işlərində firavanlıq olsun! Klubumuza 2011-ci ildə qarşıya qoyulmuş məqsədə və tapşırıqlarını nail olmağı diləyirəm! Azarkeşlərimizi də təbrik edirəm, onlara komandamızı inanmağa arzulayıram. Onlar başa çatmaqda olan ildə bunu etdilər. Biz də öz növbəmizdə azarkeşlərimizin ümidlərini doğrultmağa çalışacağıq! Bir daha hamını bayram münasibətilə təbrik edirəm”.

Mənbə: inter.az