“Xəzər Lənkəran” məhkəməyə gedir
31.12.2010 - 00:05
“Xəzər Lənkəran” rəhbərliyi ilə 14 yaşlı futbolçusu Cem Fələkin atası Vural Fələk arasında fikir ayrılığı yaranıb. Bu barədə apasport.az saytına açıqlamasında komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. O bildirib ki, ata Fələk pul qazanmaq məqsədilə oğlundan istifadə edir.
“Biz Cemlə 2009-cu ilin martında rəsmi müqavilə bağlamışıq. Müqavilə bağlanan gündən indiyədək biz tərəfdən bütün şərtlərə əməl edilib. Hətta Cemin maaşı aybaay deyil, 6 ay qabaqdan ödənilir. Amma Vural Fələkin məqsədi daha çox pul qazanmaqdır” – deyə Nadirov vurğulayıb.
Vitse-prezidentin sözlərinə görə, ata Fələk onlardan külli miqdarda borc istəyib: “O insanın sözü ilə əməli uyğun gəlmir. Müflis olduğunu bildirib, bizdən 500 min dollar borc istədi. Deyir ki, müqavilə ilə aldıqları pul onlara kifayət etmir. Hətta bildirir ki, əgər borc verməsəz, müqaviləni pozacağam. Əgər biz müqavilədə göstərilən pulu vaxtından əvvəl ödəyiriksə, müqavilənin şərtlərinə əməl ediriksə, niyə artıq pul verməliyik?”
Nadirov, həmçinin söyləyib ki, ata Vural özbaşına, oğlunun “Xəzər Lənkəran”la müqaviləsi ola-ola başqa klublarla danışıqlar aparıb: “Gedib, “Qalatasaray” və “Beşiktaş” komandalarına müraciət edib. Amma türk klublarının nümayəndələri biləndə ki, Cemin bizimlə müqaviləsi var, danışıq aparmaqdan imtina ediblər. Buna görə də “Xəzər Lənkəran” bu məsələ ilə bağlı FİFA-ya şikayət edəcək. Çünki biz tərəfdən müqavilənin heç bir şərti pozulmayıb. Bu səbəbdən Cem “Xəzər Lənkəran”ın icazəsi olmadan başqa kluba keçə bilməz. Biz məhkəməyə müraciət edəcəyik”.

0
0