Emin İmaməliyev: Futbol mərdliyi, kişiliyi sevir - MÜSAHİBƏ
02.01.2011 - 14:45
“Qarabağ” klubunun futbolçusu Emin İmaməliyevin apasport.az saytına müsahibəsi
- Bayramı necə keçirdiniz?
- Həmişəki kimi. Yenə evdə, ailəmlə bir yerdə oldum.
- Adətən futbolçular fasilədən belə yararlanıb harasa səfər edirlər. Siz bundan niyə istifadə etmədiniz?
- Nə bilim, bayramı Vətəndə keçirmək istədim. Ümumiyyətlə, indiyədək hansısa bayramı başqa ölkədə qeyd edəm.
- 2010-cu il nə ilə yadda qaldı?
- Avropa Liqasında uğurlu çıxış etdik, pley-off mərhələsinə kimi irəlilədik. Şəxsi həyatıma gəldikdə, hansısa sıxıntılı günlər keçirdiyimi deyə bilmərəm. Şükürlər olsun ki, hər şey qaydasında davam etdi.
- Əvvəlki illərlə müqayisədə, 2010-cu ildə bir qədər az oynadınız. Bu nə ilə bağlı idi?
- Futbolda belə şeyləri normal qarşılamaq lazımdır. Əvvəllər ola bilsin, yaşım az idi, daha çox meydana çıxırdım. İndi yaşım elə də çox deyil. Üzərimdə işləyirəm. Hər bir baş məşqçinin seçimi var. Futbolçu kimi, ona hörmətlə yanaşmalıyam. Məşqçi kimisə oynatmırsa, bu ona inamsızlıqdan irəli gəlmir. Belə olsaydı, həmin futbolçunu heç komandada saxlamazdılar. Kimə inanıbsa, bu gün ətrafına toplayıb. Sadəcə, bəxtsizliklə üzləşirəm. Son 2-3 ildə belədir. Çalışıram, formamın pik nöqtəsinə yüksəlirəm, əsas heyətdəki yerimi tuturam və gözlənilmədən zədələnib, kənarda qalıram. Elə 2010-cu ildə az oynamağım da bununla bağlı idi. “Bakı” ilə matçda zədələndim. Əzələm qopdu. İlkin diaqnozu da düzgün qoymamışdılar. Əzələm qırıldığı halda, dedilər heç nə yoxdur. Sonra məşqə çıxanda ağrılar hiss etdim. Buna görə də, 2 ayadək oynamadım.
- Diaqnozu klubun həkimləri səhv qoymuşdular?
- Xeyr, özəl tibb müəssisələrindən birində. Dedilər heç nə yoxdur. Mən də arxayın oldum. Məşqə çıxdım, bir qədər də sərtləşdirdim. İndi hər şey qaydasındadır. Son oyunlarda meydana çıxırdım.
- Arxada qalan XIX turda komandanın çıxışını necə dəyərləndirirsiniz?
- Avropa Liqasından sonra çempionata bir qədər uyğunlaşa bilmədik. Yersiz xallar itirdik. 6 oyunda məğlub olmuşuq. Fikrimcə, onlardan 4-də uduzmamalı idik. Həm də avrokuboklardakı uğurlu çıxışımızdan sonra artıq bütün komandalar “Qarabağ”a qarşı ikiqat güclə oynayırdılar. Çünki komandamız iki il ardıcıl olaraq avrokuboklarda yaxşı çıxış etdi. Bu da futbolumuzun inkişafından xəbər verir. Bu gün “Qarabağ”ın heyətinin 90-95 faizini yerli uşaqlar təşkil edir.
- İtirilən xalları bərpa etmək mümkün olacaqmı?
- Əsas mərhələlin üç oyunu və final mərhələsi var. Bu da 13 oyun deməkdir. Nəyin necə olacağını indidə demək mümkün deyil. Əsas olan qışda yaxşı hazırlıq keçməyimizdir. Artıq “altılıq”da hamı medallar uğrunda mübarizə aparacaq ki, bu da maraqlı oyunların baş tutacağından xəbər verir.
- Ancaq ilkin mərhələdə toplanan xallar silinməyəcək. Bunu nəzərə alsaq, xal ehtiyatını artırmaq baxımından bu əla fürsət idi. Lakin “Qarabağ” yararlana bilmədi.
- Elədir. Lakin 13 oyun qaldığı halda, kimin çempion olacağını söyləmək mümkün deyil. Məqsədimiz hər oyuna qələbə əzmi ilə çıxmaqdır.
- 19 oyunun hansında “Qarabağ” özünə bənzədi?
- “Xəzər Lənkəran”la səfərdə baş tutan və 2:1 hesabı ilə qələbə qazandığımız oyunda. Sonra “Bakı”nı 2:0 hesabı ilə yendiyimiz matçda komanda yaxşı təsir bağışladı. “Neftçi”yə məğlub olsaq da, komanda çox yaxşı oynadı. Elə oyunlar da oldu ki, komanda özünə bənzəmədi. Yəni sabit oynamadı.
- Kubokda “Turan”a məğlub olmağınız sizing üçün sürpriz oldumu?
- Uduzacağımızı gözləmirdim. Birinci hissədə çoxlu qol imkanlarımız oldu, vura bilmədik. Bu da rəqibdə özünəinamı artırdı. Onlar oynaya biləcəklərini düşündülər. 120 dəqiqə ərzində qol vuracağımıza inanırdım. Alınmadı. Penaltilər seriyası da lotereyadır.
- Cari mövsümdə komandalar daha güclü legionerlər transfer etdilər. Hansıların oyununu fərqləndirmək istərdiniz?
- “Qəbələ”dən Deon Barton hücumçu kimi güclü futbolçudur. Ansi Aqolli də yaxşı müdafiəçidir. Çox istərdim ki, gələn legionerlər yerli futbolçulardan bir baş üstün olsun ki, uşaqlarda da onlardan nəsə öyrənsinlər. Bu gün əksər klublarımızın heyətində çoxlu legionerlər var. Məsələn, “Bakı”da 99 faiz legionerlərdir. Ancaq komanda ilk “altılıq”a düşmək üçün əziyyət çəkir. Eləcə də “İnter”.
- 2011-ci il dovşan üzərində təhvil olundu. Qorxaqlıq rəmzi hesab edilən dovşan ilindən nə gözləyirsiniz?
- Biri qorxanda, digəri mərd olmalıdır. Futbol qorxaqlığı deyil, mərdliyi, kişiliyi sevir. Elə zədə ala bilərsən ki, karyeranı erkən başa vurasan. Fikrimcə, bu yolu seçmişiksə, heç nədən qorxmamalıyıq.

0
0