Yığmamız 2011-ci ilə heç-heçə ilə başladı - YENİLƏNİB
03.01.2011 - 14:55
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turniri start götürüb. Apasport.az saytının məlumatına görə, yeniyetmə futbolçular arasında 23-cü dəfə keçirilən yarışa Azərbaycanın 19 yaşlılardan ibarət yığması heç-heçə ilə başlayıb.
Vəli Qasımovun rəhbərlik etdiyi komanda güclü Ukrayna futbolçuları ilə görüşdə 1 xala seviniblər. Belə ki, oyunun 32-ci dəqiqəsində rəqib hesabı açsa da, 4 dəqiqə sonra yığmamız hesabda bərabərlik yaradıb.
Xatırladaq ki, millimiz Ukrayna, Belarus və Çin yığmaları ilə B qrupunda yer alıb.

0
0