Yığmamızın futbolçusu “Fortuna” klubuna baxışa yollanır
03.01.2011 - 12:04
Yığmamızın futbolçusu “Fortuna” klubuna baxışa yollanır
Azərbaycan yığmasına yeni çağırılan Murad Hüseynov karyerasını Almaniyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yanvarın 27-dən fevralın 10-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışına aparacağı hücumçu “Fortuna” klubunun maraq dairəsinə düşüb.

II divizionunda qüvvəsini sınayan Düsseldorf təmsilçisi artıq Muradı baxışa dəvət edib. Dağıstanlı legionerin komandada qalıb-qalmayacağı isə yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, ilk dəfə əsas yığmaya dəvət olunan 21 yaşlı Hüseynov “Anji” və “Şinnik”də forma geyinib. Onun son klubu Serbiyada “Mladost” olub.