Macarıstan millisi Azərbaycana qarşı əsas heyətlə oynayacaq
03.01.2011 - 12:15
Macarıstan millisi Azərbaycana qarşı əsas heyətlə oynayacaq
“Azərbaycanla yoldaşlıq görüşü komandamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Hollandiyaya qarşı oyuna hazırlıq xarakteri daşıyacaq”. Apasport.az saytının xəbərinə görə, bunu Macarıstan millisinin baş məşqçisi Sandor Eqervari deyib.

Macarıstan yığması fevralın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcəyi toplanış çərçivəsində Azərbaycan millisi ilə də yoxlama matçında üz-üzə gələcək. Baş məşqçi bildirib ki, bu qarşılaşmada hansısa eksperiment aparmaq fikri yoxdur: “Bizim eksperiment aparmaq üçün imkanımız yoxdur. Dubaya ən yaxşı heyətlə gedəcəyik. Fikrimcə, oyun çətin keçəcək. Çünki Azərbaycan millisi Bakıda Türkiyə üzərində qələbə qazanıb”.

Qeyd edək ki, yanvarın sonlarında Dubaya gedəcək yığmamız macarlardan başqa, Danimarka millisi və Ukraynanın “Metallist” klubu ilə də qarşılaşacaq.