“Barselona”da yeni rekordçu
03.01.2011 - 14:39
“Barselona”da yeni rekordçu
“Barselona”nın futbolçusu Xavi adını komandanın tarixinə yazdırıb. Apasport.az saytının məlumatına görə, İspaniya yığması ilə dünya çempionu adını qazanan yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində ən çox oyun keçirən 2 futbolçudan biri olub.

Belə ki, Xavi son turda “Barsa”nın “Levante”yə 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada meydana çıxmaqla Miqel Bernardonun rekordunu təkrarlayıb.

549-cu dəfə bu klubun formasını geyinən 30 yaşlı futbolçu bildirib ki, yeni rekordçuya çevrildiyi üçün xoşbəxtdir: “Barselona”nın formasını geyinməkdən və əfsanəvi Miqelin rekordunu təkrarlamaqdan qürur duyuram. Bu komanda ilə yenidən çempionluq sevinci yaşayacağıma inanıram”.

Qeyd edək ki, Miqel Bernardo 1973-cü ildən “Barselona”nın şərəfini qorumağa başlayıb və 16 mövsüm klubun heyətində yer alıb. Xavi isə 1998-ci ildən Kataloniya komandasında çıxış edir.