2010-cu ilin ən yaxşı məşqçiləri
03.01.2011 - 15:57
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ilin ən yaxşı baş məşqçilərinin adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, arxada qalan ilin ən yaxşı çalışdırıcısı adına Joze Mourinyo layiq görülüb.
“İnter”lə İtaliya çempionluğunu, Superkubokunu və Çempionlar Liqasını qazanan, hazırda isə İspaniya “Real”ının sükanı arxasında olan portuqaliyalı mütəxəssis 294 xalla bütün rəqiblərini qabaqlayıb.
İkinci yeri “Barselona”nın baş məşqçisi Xosep Qvardiola qazanıb. Katalon klubunu İspaniya çempionu edən çalışdırıcı 188 xal toplayıb. İlk “üçlüy”ü isə 75 xalla Lui van Qal tamamlayıb.
Qeyd edək ki, İFFHS-in açıqladığı siyahıda 19 məşqçi yer alıb.

0
0