Yığmamızın rəqibi Rusiya çempionunu milliləşdirir
03.01.2011 - 18:04
Yığmamızın rəqibi Rusiya çempionunu milliləşdirir
Rusiyanın “Rubin” klubunun qapıçısı Sergey Rıjikova Qazaxıstan yığmasının şərəfini qorumaq təklif olunub. Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper Avro-2012-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan asiyalıların heyətində fevralın 9-da debüt edə bilər.

Həmin tarixdə Belarus futbolçuları ilə qarşılaşacaq qazaxlar 2 qat Rusiya çempionuna sərfəli pul təklifi ediblər.

Qeyd edək ki, Qazaxıstan Futbol Federasiyası 30 yaşlı Çempionlar Liqasının iştirakçısını payızda heyətində görmək istəyirdi. Lakin həmin ərəfədə onun Rusiya yığmasına çağırılması rəqibimizin planlarını pozmuşdu. Belçika ilə yoldaşlıq görüşünə dəvət alan Rıjikova isə rusların heyətində oynamaq qismət olmamışdı. O, Voronejdə keçirilən oyundan öncə zədələnmişdi.