“Neftçi”nin jurnalının Yeni il sayı işıq üzü gördü
04.01.2011 - 15:25
Bakının "Neftçi" klubunun rəsmi jurnalının 4-cü, dekabr ayı üçün nəzərdə tutulan sayı işıq üzü görüb. Apasport.az saytının məlumatına görə, ideya rəhbəri "Neftçi"nin prezidenti Sadıq Sadıqov, baş redaktor Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlunun olduğu aylıq jurnal şərti olaraq rəsmi, birinci, ikinci hissə və əlavə vaxtdan ibarətdir.
Rəsmi hissədə 2010-cu ildə Azərbaycan futbolunda qazanılan uğur, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkə idmanına, o cümlədən futbola göstərdiyi diqqət və qayğı haqda yazılıb. Birinci hissədə Türkiyənin "Sporajans" İnformasiya Agentliyinin İstanbulda keçirdiyi tədbir haqqında geniş yazı dərc olunub. Həmin tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev "Şərəf mükafatı"na, Sadıqov isə "Avropada ilin klub prezidenti" mükafatına layiq görülüb. Premyer Liqanın XV-XIX turlarının xülasəsi, “Neftçi”nin və çempionatımızın özbəkistanlı bombardiri Bahodir Nasimovun müsahibəsi və flaqmanın kubokda göstərdiyi nəticə haqda da birinci hissədə oxumaq mümkündür. Hissəni qapadan "ağ-qaralar"ın kapitanı Rail Məlikov "Bizim kapitan" adlı məqalədə ilin yekunlarını dəyərləndirib, Yeni il arzularını dilə gətirib.
İkinci hissədə "Neftçi"nin 14 yaşlılardan ibarət komandası barədə geniş yazı dərc olunub. Bundan başqa, komandanın və yığmamızın aparıcı futbolçusu olan biri Ruslan Abışovun müsahibəsi, "Neftçi"nin tarixinə aid yazı və "Xalqın komandası" məqaləsi də ikinci hissədədir.
Əlavə vaxt da rəngarəng məqalələrlə oxucuların görüşünə gəlib. Burada 2010-cu ildə "Neftçi" üçün 10 ən əlamətdar hadisənin xronikası verilib, həmçinin, flaqmanın fanatı, xalq artisti Ağadadaş Ağayevin müsahibəsi, "Neftçi" ilə bağlı xatirələri yer alıb. Sonda "ağ-qaralar"ın rəsmi saytından xəbərlər verilib və yarımmüdafiəçisi Rəşad Abdullayev simvolik yığmanı müəyyənləşdirib.
Jurnalda “Neftçi”nin oyunlarından maraqlı foto-kadrlar verilib. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində yığılıb, çapa hazırlanan jurnala poster və DVD-disk də əlavə olunub.
Mənbə: neftchifc.com

0
0