Məmmədov “Atırau”nu Türkiyədə bir araya gətirdi
04.01.2011 - 17:32
Azərbaycanlı Ramiz Məmmədovu baş məşqçi postuna gətirən Qazaxıstanın “Atırau” klubu bu gün Türkiyədə bir araya gəlib. Apasport.az saytının məlumatına görə, komanda Məmmədovun rəhbərliyi altında yeni mövsümə hazırlığa başladığı Antalyada yanvarın 21-dək təlim-məşq toplanışı keçəcək. “Atırau”nun heyəti yarıyadək dəyişəcək. Belə ki, ötən mövsümdə oynayan futbolçulardan müdafiəçi Pirəli Əliyev, yarımmüdafiəçilər Aleksey Şakin, Ruslan Saxalbayev, Sergey Larin, Dmitri Mamonov, rumıniyalı Marius Kroitoru, hücumçular Baurcan Colçiyevlə 2006-cı ilin yayında “Zimbru”nun heyətində UEFA kubokunda “Qarabağ”a qarşı oynamış moldovalı hücumçu Viorel Frunza komandada olmayacaq. Onlar həmyerlimizin təyinatına qədər “Atırau”dan kənarlaşdırılıb. Gürcü yarımmüdafiəçi Georgi Peikrişvilinin taleyinə isə Məmmədov aydınlıq gətirəcək. Çünki ağır zədədən sonra Türkiyədə müalicə kursu keçən legionerin karyerasını harada davam etdirəcəyi hələ müəyyənləşməyib. “Atırau”un heyətində erməni futbolçu da var. Bu, 27 yaşlı hücumçu Tiqran Karabaxtsyandır.
“Atırau”nun Türkiyədəki hazırlığına baxışdan keçmək üçün yerli klublardan Daniyar Kenjexanov (“Okjeptes”), Viktor Kovalev (“Jetısu”), Yevgeni Levinlə Mardan Tolebek (hər ikisi “Ordabası”), Yeqor Azovski (“Kaysar”), və Denis Rodionov (“Aktobe”) yollanıb. Sonuncu “Atırau” futbol məktəbinin yetirməsidir. Baxışa Makedoniyadan müdafiəçi və Bolqarıstandan hücumçu gələcək.
Qeyd edək ki, Məmmədov komandasında həmyerlilərinə yer verəcək. Bunlar köməkçiləri ilə yanaşı, 2 futbolçumuz olacaq. O, açıqlamadığı həmin oyunçuların keçidi ilə bağlı “Atirau”nun rəhbərliyi ilə Türkiyədə danışacaq.

0
0