Jiloan Hamad: Azərbaycan millisində oynamaq ağılsızlıq olardı
05.01.2011 - 00:00
“İsveçə gələndən sonra Azərbaycana qayıtmaq haqda düşünməmişəm. Heç qayıtmağın marağında da olmamışam”. Apasport.az saytının xəbərinə görə, bu sözləri İsveçin “Malmö” klubunun futbolçusu Jiloan Hamad deyib.
Azərbaycan əsilli futbolçu İsveç mətbuatına müsahibəsində milli komandamızdan təklif aldığını təsdiqləyib. O bildirib ki, AFFA rəhbərliyi və yığmanın baş məşqçisi Berti Foqtsla əlaqədə olub: “Mənə Azərbaycan millisində oynamaq üçün təklif gəlib. Amma mən özümü isveçli hesab edirəm və bu ölkənin yığmasında oynamaq istəyirəm”.
Berti Foqtsla aralarında olan söhbətə də toxunan Hamad vurğulayıb ki, Azərbaycan yığmasında oynamaq ağılsızlıq olardı: “O, məni Azərbaycan yığmasına dəvət etdi. Mən isə cabav verdim ki, artıq İsveçin U-21 komandasında oynamışam və bundan sonra risk edib Azərbaycan millisində oynamaq ağılsızlıq olardı. Foqts məni anlayışla qarşıladı”.

0
0