Naci Şensoy ilk seçimini etdi
05.01.2011 - 00:05
Naci Şensoy ilk seçimini etdi
Ötən ay “Turan”ın baş məşqçisi təyin edilən Naci Şensoyun köməkçilərinin adları müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, türkiyəli mütəxəssisə yerli məşqçilər kömək edəcək.

Belə ki, yayda “Turan”ın baş məşqçisi təyin edilən və komandanın mövsümün əvvəlində oyunlara çıxaran, sonradan isə vəzifəsindən kənarlaşdırılan Sakit Alıyev bu dəfə köməkçi-məşq funksiyasını yerinə yetirəcək. Alıyevlə bərabər Revaz Dzodzuaşvilinin də köməkçisi olan Elxan Abdıyev vəzifəsinin icrasını davam etdirəcək. Qapıçılarla işləyən məşqçi isə Eldəniz Hüseynov olacaq.

Bu arada komandanın məşqlərinə 5-6 gürcü futbolçu qoşulub. Hələlik adları açıqlanmayan oyunçular Antalya toplanışına qədər özlərini göstərmək imkanı qazanıblar.

Baş məşqçinin etimadını doğruldanlar komandanın Türkiyədəki hazırlığına qatılacaq.

Qeyd edək ki, “Turan” Antalyada yanvarın 16-dan 30-dək təlim-məşq toplanışı keçirəcək.