“O futbolçunu bizə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts təklif edib”
05.01.2011 - 00:07
“O futbolçunu bizə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts təklif edib”
“O futbolçunu bizə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts təklif edib”. Apasport.az saytının xəbərinə görə, bunu Almaniyanın “Fortuna” klubunun baş məşqçisi Norbert Mayer deyib.

Bir müddət əvvəl Berti Foqtsun milli komandamızın təlim-məşq toplanışına cəlb etdiyi Murad Hüseynov hazırda “Fortuna”nın düşərgəsindədir. Yığmamızın 21 yaşlı dağıstanlı üzvü barədə danışan Mayer bildirib ki, Hüseynov ilk məşqdə özünü yaxşı göstərə bilməyib: “Gənc oğlan hələ hara gəldiyini bilmir. Deyəsən, bu, onun üçün elə də asan deyildi. Mən hətta ona adi şeyləri başa salmalı olurdum”.

Xatırladaq ki, Hüseynov Serbiyanın “Mladost” klubunun futbolçusudur.