Mirça Rednik: Onlar bizə tez cavab verməlidirlər
05.01.2011 - 10:29
Mirça Rednik: Onlar bizə tez cavab verməlidirlər
“Çezinya və Qriqori kimi futbolçular istənilən komanda üçün yaxşı tapıntı sayılır. Ümid edirəm ki, “Rapid” rəhbərliyi ilə danışığımız müsbət nəticələnəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun rumıniyalı baş məşqçisi Mirça Rednik deyib.

Rumıniya mətbuatına açıqlama verən mütəxəssis Buxarestin “Rapid” klubundan transfer etmək istədiyi oyunçuların keçidi haqda fikirlərini bildirib: “Məni ilk növbədə Qriqori maraqlandırır. Çezinyanı isə son 2 ayda izləməmişəm. Hər 2 futbolçu üçün “Xəzər Lənkəran”a keçid faydalı olardı. Lakin bizə tez cavab verməlidirlər ki, transferin baş tutmayacağı halda, başqa oyunçu axtaraq”.

Rednik transfer planları haqda ümumi fikirlərini də açıqlayıb: “Əvvəllər rəhbərliyim altında oynamış futbolçuları transfer etmək istəyirəm. Qreqorinin keçidi ilə bağlı maliyyə problemi də yoxdur. Sözün düzü, komandamıza götürmək istədiyim 5 oyunçu arasında Osman N’Doye və Onofrasın da olmasını istəyərdim. Amma bu mümkün olmadı”.