Arif Əsədov Georgi Hacı ilə danışdı
05.01.2011 - 11:40
Arif Əsədov Georgi Hacı ilə danışdı
“Neftçi”nin baş məşqçisi Arif Əsədov “Qalatasaray”ın çalışdırıcısı Georgi Hacı ilə görüşüb. Apasport.az saytının məlumatına görə, iki klub arasındakı əməkdaşlıq çərçivəsində qardaş ölkəyə yollanan 41 yaşlı məşqçimiz təlim-məşq üçün Antalyanı seçən "Cim Bom”un düşərgəsində yer alıb.

Əsədov gündə 2 dəfə məşq edən "Qalatasaray"ın hazırlıqlarını yaxından izləyib. Məşq bitəndən sonra isə gənc çalışdırıcı rumıniyalı həmkarı ilə qısa fikir mübadiləsi aparıb. Əsədov yaxınlara kimi “Neftçi”də özünün, indi isə Hacının köməkçisi olan fiziki hazırlıq üzrə italiyalı məşqçi Covanni Melkiorre ilə də görüşmək imkanı qazanıb.

Qeyd edək ki, yanvarın 7-də vətənə dönəcək Əsədov "Qalatasaray"ın bugünkü məşqini izlədikdən sonra komandanın məşqçilər korpusu ilə görüşəcək.