Ramiz Məmmədov Türkiyədə ata ilə oğulu görüşdürdü
05.01.2011 - 11:59
Ramiz Məmmədov Türkiyədə ata ilə oğulu görüşdürdü
Qazaxıstanın “Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov ilk transferini reallaşdırır. Apasport.az saytının məlumatına görə, Qazaxıstan yığmasının futbolçusu Yeqor Azovski həmyerlimizin etimadını qazanmağa yaxındır.

Ötən mövsüm “Kaysar” klubunun heyətində gümüş medal qazanan 26 yaşlı müdafiəçi yeni komandasının Türkiyənin Antalya şəhərindəki hazırlığında yer alıb.

Karyerasını vətəndə keçirən Yeqor ümumilikdə 170 oyun keçirib və 3 qol vurub. Milli komandamızla bu il də görüşmək imkanı qazanan Azovski yığmada 21 oyunda meydana çıxıb. Maraqlısı odur ki, onun atası İvan Azovski “Atırau”nun məşqçilər korpusuna daxildir. Yəni o, az öncə yeni baş məşqçi təyin edilən Məmmədovun köməkçisidir.