Avropada Azərbaycan futboluna həsəd aparırlar
05.01.2011 - 12:05
Azərbaycan futboluna böyük pulların xərclənməsi, bunun qarşılığında inkişafın əldə olunması ölkə xaricində də müzakirə olunur. Apasport.az saytının məlumatına görə, Makedoniya mətbuatı futbolumuzun bu gününə həsəd aparır.
Belə ki, ölkələrində bu idman növünün böhranda olması onları məyus edir. Pulsuzluqdan məhv olan Makedoniya futbolu üçün çıxış yolları axtaran həmkarlarımız Azərbaycanda yaşananlara baxıb, öz günlərinə ağlayırlar: “Əsas problem onda deyil ki, Makedoniya futbolu günü-gündən geriləyir. Məsələ ondadır ki, bütün dünya inkişaf edir, biz isə yerimizdə sayırıq. Hətta Azərbaycan, Qazaxıstan, Albaniya və Belarusda da futbola böyük pullar xərclənir. Bu vəsait də gündən günə artır”.

0
0