Futbolçu 27 yaşında hokkey oynayarkən öldü
05.01.2011 - 12:33
Rusiyanın gənclər yığmasının sabiq futbolçusu Nikolay Abramov 27 yaşında vəfat edib. Apasport.az saytının məlumatına görə, “Zvezda” klubunun müdafiəçisi doğma şəhəri olan Kasimovada dostları ilə hokkey oynayarkən ölüb.
Oyun zamanı Nikolay huşunu itirib. Sonradan məlum olub ki, onun ürəyi dayanıb və gələn təcili-tibbi yardım kömək edə bilməyib. Ailəli olan Abramovun həyat yoldaşı və 4 yaşlı oğlu qalıb. Ürəyindəki problem üzündən ötən mövsümü bütünlüklə boşa verən futbolçunun adı “Zvezda”nın iştirak ərizəsinə formal daxil edilib.
Qeyd edək ki, Moskvanın “Spartak” klubunun yetirməsi olan Nikolay peşəkar karyerasının oranın əvəzedici komandasında başlayıb. Vaxtilə perspektivli futbolçulardan sayılan rusiyalı milli komanda istisna olmaqla digər yığmalara çağırılıb.

0
0