Azərbaycan yığmasının Danimarka ilə görüşü baş tutmadı
05.01.2011 - 12:39
Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təlim-məşq toplanışının planında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, hazırlıq çərçivəsində baş tutmalı olan Danimarka ilə yoldaşlıq oyunu keçirilməyəcək.
Danimarka millisi ilə yoldaşlıq matçının keçirilməsi ilə bağlı ilkin razılıq əldə edilsə də komandalar üz-üzə gəlməyəcək. Buna şimallıların toplanışının proqramında dəyişiklik edilməsi səbəb olub.
Qeyd edək ki, yığmamız yanvar–fevral aylarında Dubayda hazırlıq keçəcək.

0
0