Çempionatın ən yaxşı bombardiri “Abşeron”da
05.01.2011 - 14:07
Azərbaycan çempionatının I divizionunun lideri “Abşeron” qış “transfer pəncərəsi”ndən maksimum yararlanmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, Mirbağır İsayevin baş məşqçisi olduğu komanda artıq heyətin gücləndirilməsi istiqamətində ilk addımlarını atıb.
Emin Quliyev, Ruslan Qafitullin, Azər Cabbarov, Aleksey Qavrilyuk və Qeyrət Əliyevlə yollarını ayıran “Abşeron” 8-9 futbolçunu heyətinə qatıb. Əsasən gənclərə güvənən aşağı dəstə təmsilçisi “Neftçi”, MOİK və “Qəbələ”dən icarəyə götürdüyü oyunçularla yanaşı, əvəzedici komandasından da 3 oyunçunu əsas heyətin məşqlərinə cəlb edib.
Belə ki, Orxan Həsənov, Ruslan Tağızadə, Eşqin Quliyev, Slavik Alxasov, Aqşin Həşimov, Emil Hüseynov, Samir Babayev və Rəhman Musayevlə güclənib. Son illər “Qəbələ”də çıxış edən sonuncu ötən mövsüm əvəzedicilərin çempionatında ən məhsuldar futbolçusu adını da qazanıb. Musayev icarə əsasında komandaya götürülüb.
Məşqlərini bərpa edən “Abşeron” yanvarın 12-dən 22-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Bu mərhələdə heyət tam komplektləşdiriləcək və cəmi 26 futbolçu komandada saxlanılacaq. Məhz bu heyət yanvarın 23-dən fevralın 4-dək baş tutacaq Türkiyə toplanışına yollanacaq.

0
0