“İstefa qışqıran uşağa dedim ki, gəl, səni baş məşqçi təyin edək”
05.01.2011 - 14:59
Gəncə Regional Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Xanlar Fətiyevin apasport.az saytına müsahibəsi
- “AzNUR” şirkətinin “Gəncə” klubuna sponsorluqdan imtina etməsi haqda xəbərlər yayılıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Bununla əlaqədar “Gəncə” rəhbərliyinə müraciət edə bilərsiniz. Yəqin ki, onlar sizə açıqlama verərlər.
- Onlarla danışmışıq. Klubun prezidenti Elmir Əliyev bildirib ki, şirkət rəhbərliyi hələlik qəti qərara gəlməsə də, imtina etmələri istisna deyil.
- Bizdə hələlik belə bir məlumat yoxdur. Fikrimcə, “Gəncə” və yenidən “Kəpəz” klubunu yaradan, sponsorluq edən insanlara tək Gəncədə yox, Azərbaycanda hamı dəstək olmalıdır. Bəzi insanlar isə dəstək vermək bir yana, ağızlarına gələni danışırlar. Bütün bunlar komanda rəhbərliyinin, məşqçilərinin və sponsorların xətrinə dəyir. Futbolda udarlar da, uduzarlar da. Ancaq işlər görülür. Rəhbərlik etdiyim Gəncə Regional Futbol Federasiyasının “Gəncə” ilə heç bir problemi yoxdur. Ancaq futboldan başı çıxmayan bəzi insanlar televiziyaya çıxıb, necə gəldi danışırlar. Ancaq biri var tənqid, biri də var təhqir. Bunun təhqir şəklində edilməsi düzgün deyil. Yəqin ki, bunlar komanda rəhbərliyinin və sponsorların xətrinə dəyib. Mən də olsaydım, xətrimə dəyərdi. Külli miqdarda pullar xərclənir, əziyyət çəkirlər, ancaq futboldan başı çıxan da, çıxmayan da ağızlarına gələni danışırlar.
- Sizcə, klub prezidenti Elmir Əliyevin günahı varmı?
- Onun nə günahı ola bilər ki? Gərək hamı ona “çox sağ ol” desin ki, çətin şəraitdə “Gəncə”yə rəhbərlik edir. Baş məşqçi Fuad İsmayılov 2 aya komanda yaratdı, birinci divizionun çempionu etdi, güclülər dəstəsinə qaytardı. İndi “Gəncə” 8-ci yerdədir, məncə, pis də oynamır. Komanda təzə yaranıb, hər şey ola bilər.
- Yəni, “Gəncə”nin hazırkı çıxışından narazı deyilsiniz?
- Şəxsən Gəncə Regional Futbol Federasiyasının rəhbəri kimi, mən narazı deyiləm. Əsas odur ki, biz Gəncəyə 4 ildir olmayan futbolu qaytarmışıq və şükürlər olsun, işlər qaydasındadır. Hər oyunda stadiona 7-10 min tamaşaçı gəlir. Gəncədə illərlə futbol olmadı. Məgər bu, yaxşı hal idi? Futbol şəhəri olan Gəncədə indi gənc oyunçular yetişir.
- İstənilən halda, sponsorlar komandadan imtina etməməlidir...
- Yəqin ki, onların xətrinə dəyiblər. Əlbəttə, biz sponsorların imtinasını istəmərik. Onlar getsə, biz haradan sponsor axtaracağıq? Sponsorlarla görüşəcəyəm. Mən nə onlardan, nə də Elmir Əliyevdən imtina söhbətini eşitmişəm. Bu, mətbuatda yayılıb. Yaxın zamanda sponsorlardan xahiş edəcəyəm ki, Elmir Əliyevlə görüşsün. Baxaq görək bu, nə söhbətdir, nə şayiədir, yoxsa doğrudanmı ortalıqda belə şeylər var. Varsa, sponsorlardan komandanı atmamağı xahiş edəcəyik. Komandanı güc-bəla ilə bərpa etmişik. Bizə Gəncə şəhər İcra Hakimiyyəti, AFFA böyük köməklik edib. Sponsoru güc-bəla ilə tapmışıq, onlar Bakı şirkətidir, orada fəaliyyət göstərir.
- “AzNUR”u nəzərdə tutursunuz...
- Əlbəttə. Biz imkan verərik ki, onlar qaçsın? Şirkət rəhbərliyi ilə görüşəcəyəm.
- Gəncə futbolundakı müxalif qüvvələr yeni yaradılan “Kəpəz” klubunun tərəfdarıdırlar. Sizcə, bu şəhərdə 2 klubun olması intriqanı artıracaq, yoxsa?
- Müxalifət deyəndə, kimi nəzərdə tutursunuz?
- Misal üçün, “Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyevin tərəfdarları çoxdur...
- Mehman Allahverdiyev Azərbaycanda tanınmış insandır, məşqçidir. O, “Kəpəz” klubuna ilk dəfə çempionluq gətirib. Allahverdiyevin nəinki Gəncədə, ümumiyyətlə, Azərbaycanda böyük hörməti var. Nəhayət, rəhbərlik etdiyim federasiyada 1-ci müavindir. Allahverdiyev necə müxalif ola bilər?
- Onu nəzərdə tuturuq ki, “Gəncə” uğursuz nəticə göstərəndə azarkeşlərin bir qrupu Fuad İsmayılovu istefaya səsləyir, Mehman Allahverdiyevin namizədliyi irəli sürülür...
- Əzizim, futbol belədir ki, istər Azərbaycanda, istərsə də xaricdə komanda uduzanda kimsə istefa qışqırır, kimsə adlar çəkir. Mən bir dəfə istefa qışqıran uşağı yanıma çağırıb dedim ki, gəl, səni baş məşqçi təyin edək. Soruşdum ki, işləyə bilərsən? Dedi ki, bağışlayın. Bundan sonra heç kim istefa qışqırmadı. Şəxsən mənim Mehman Allahverdiyevə böyük hörmətim var. İnanıram ki, Gəncənin 2-ci klubu olan “Kəpəz”i yüksəkliyə qaldıracaq. Komandanın qarşısına birinci diviziondan Premyer Liqaya çıxmaq vəzifəsi qoyulacaq. İnşallah, gələn il Gəncənin güclülər dəstəsində 2 komandası çıxış edəcək. Niyə də olmasın? Görün, Bakının neçə komandası var. Gəncə də böyüklüyünə görə Azərbaycanın ikincisi şəhəridir. Özü də futbol şəhəridir. Burada müxalif, başqa söhbət ola bilməz. Futbolda nə müxalifət... Bunlar boş söhbətlərdir. Başa düşə bilmirəm ki, bu şayiələri kim yayır?
- “Gəncə”nin ardınca “Kəpəz” də güclülər dəstəsinə qayıdandan sonra əvvəlki “Kəpəz”in varisi hansı komanda olacaq?
- “Kəpəz” də Gəncənin klubudur, “Gəncə” də. İkisi də oynayacaq. İnşallah, gələn il onları güclülər dəstəsində görəcəyik. İstərdim ki, çempionatımızda 1-ci və 2-ci yerlər üçün “Gəncə” ilə “Kəpəz” oynasınlar.
- Sizcə, varislik söhbətində sonradan problem yaranmayacaq? Yəni Allahverdiyevin komandası “Gəncə”nin yox, özünün “Kəpəz”in varisi olduğunu deyə bilər...
- Boş söhbətlər heç vaxt olmayacaq. Çünki Gəncədə “Gəncə”, yaxud “Kəpəz” klubunun fərqi yoxdur. Onlar eyni şəhərin komandalarıdır. Fuad İsmayılovla Mehman Allahverdiyev dostdur. Kimsə şayiə yayır ki, bunlar bir-birini söyüblər. Bu, yalandır. Onlar dostdurlar, bir-birinə kömək edirlər, bundan sonra da edəcəklər.
- “Kəpəz” 90-cı illərdə qazandığı 3 çempionluq, 4 ölkə kuboku ilə ən titullu klublarımızdandır. İndi onun davamçısı kim olacaq? Bu mükafatları “Gəncə”nin, yoxsa yeni yaranan “Kəpəz”in adına yazmalıyıq?
- Yadınızdadırsa, “Gəncə”nin əvvəl adı “Kəpəz” idi.
- Bilirik. Komanda 2005/06 mövsümündə ciddi maliyyə problemləri ilə üzləşəndə, borcları olduğuna görə adını dəyişərək, “Gəncə” oldu...
- Əlbəttə, ikisi də - “Gəncə” də, “Kəpəz” də oynamalıdır.
Mehman SÜLEYMANOV

0
0