Əhməd Dursun Azərbaycandan niyə qovulub?
06.01.2011 - 12:10
Tanınmış türkiyəli futbolçu Əhməd Dursunun “Xəzər Lənkəran”da möhkəmlənə bilməməyinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, 2008/09 mövsümünün II dövrəsində cənub təmsilçisində oynayan legionerə nəinki Azərbaycandakı, ümumiyyətlə bütün karyerasına ən böyük zərbəni tənbəlliyi vurub. Belə ki, Dursun məşqlərdə göstərdiyi “canfəşanlığı” ilə özünü məhv edib.
Bu yaxınlarda aşağı dəstə təmsilçisi “Eyupspor”la anlaşan futbolçuya yazı həsr edən türk həmkarlarımız onun bu səviyyəyə düşməsini araşdırıblar: “Beşiktaş”dan sonra Azərbaycana, hətta Çinə də getdin. Şübhəsiz, gəzə-gəzə bir çox iqlimlərə alışmısan. Ardınca Adana, İstanbul klublarında da oynadın. Bu qədər yer qaçdın, təki məşqlərdə belə qaçaydın. Heç təəssüflənib, özün-özünə sual verirsən ki, şəhər-şəhər, ölkə-ölkə qaçmaq əvəzinə, məşqdə qaçsaydım nə olardı? Amma elə “Eyupspor”da sənin üçün çox qiymətlidir. Bunun qədrini bil”.
Qeyd edək ki, “Eyupspor” Türkiyə çempionatının II liqasının qruplarından birində mübarizə aparır və orta sıralarda qərarlaşıb.

0
0