“Xəzər Lənkəran” Ukrayna klubuna qarşı
06.01.2011 - 12:25
“Xəzər Lənkəran” Ukrayna klubuna qarşı
“Xəzər Lənkəran” klubunun Türkiyədə təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünün tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yanvarın 10-da qonşu ölkəyə yola düşəcək Mirça Rednikin komandası 6 gün sonra həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstan “Atırau”su ilə qarşılaşacaq.

“Ağ-yaşıllar”ın növbəti oyunu yanvarın 24-də hələlik adı dəqiqləşməyən Ukrayna Premyer Liqa təmsilçisinə qarşı olacaq.

Qeyd edək ki, lənkəranlılar yanvarın 26-dək Antalyada hazırlıq keçəcək.