Yığmamızın sabiq üzvü: Azərbaycandan kənara çıxmağa icazəm yoxdur
06.01.2011 - 13:04
“Bu hadisənin nə vaxt baş verdiyi dəqiq yadımda deyil. Təxminən 1 il 8 ay əvvəl olub”. Bu sözləri apasport.az saytına açıqlamasında MOİK-in futbolçusu Ceyhun Adışirinov deyib.
Vaxtilə “Şahdağ”, “Bakılı”, “MKT-Araz”, “Qəbələ”, “Karvan“, ”Qarabağ” klublarının, Azərbaycanın olimpiya yığmasının şərəfini qorumuş 29 yaşlı müdafiəçi 2009-cu ilin payızında üzləşdiyi faciənin acısını hələ də çəkir. Şəxsi avtomobili ilə magistral yolun piyadaların keçidi qadağan olunmuş yerində bir qadını vuran futbolçu hadisə yerindən qaçmayaraq, şahidlərlə birlikdə zərərçəkəni xəstəxanaya çatdırıb.
Qadının xəstəxanada vəfat etməsi isə Adışirinovun işini ağırlaşdırıb. Polisə könüllü təslim olması, mərhumun dəfn mərasimindən qırx mərasiminə qədər qohumları ilə birlikdə onlara maddi və mənəvi dəstəyin verilməsi də ona kömək etməyib.
Cəzasının 1 il 8 ayını çəkən Ceyhun əfv olunacağı günü gözləyir: “Həmin vaxt məhkəmə mənə icbari olmaq şərtilə 3 il 6 ay iş kəsmişdi. Düzdür, həbsdə olmamışam. Bu müddətdə də Azərbaycan çempionatında çıxış etmişəm. Amma Azərbaycandan kənara çıxmağa icazəm yoxdur. Mən isə futbolçuyam - oyunlar, toplanışlar olur. Bu da işimizə çətinlik yaradır. Elə əfvlə bağlı müraciət də bunun üçün idi ki, tam əfv olunum. Deyirdilər ki, Dünya Azərbaycanlılarının Həmrəylik günündə olacaq. Lakin olmadı”.

0
0