“Azərbaycanda mənimlə kral kimi davranırdılar”
06.01.2011 - 15:59
“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Allan Lalin Honduras mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, vətənində olan hücumçu transferə çıxarılmasına baxmayaraq, cənub təmsilçisindən razı ayrılıb.
- Azərbaycanda işləriniz necə gedirdi?
- İlk vaxtlar çox çətin idi, qol vura bilmirdim. Əslində, bu komandaya uyğunlaşmaqla bağlı idi. Lakin bu, mənim üçün biabırçılıq idi. Qol vurmamağımı həzm edə bilmirdim.
- Belə bir vaxtda üzərinizdə əlavə təzyiq də var idi?
- Siz nə danışırsınız? Azarkeşlər və mətbuat tərəfindən hansısa basqı yox idi. Azərbaycanda mənimlə kral kimi davranırdılar. Onsuz da, qol vurmasam belə komandamız qələbələri sıralayırdı. Mən sadəcə, özümü pis hiss edirdim. Qol vurmamaqla barışa bilmirdim.
- Artıq transferə çıxarılmısınız. Bundan sonra necə olacaq?
- Əslində, hələ müqaviləm var. Bu ilin iyununa qədər “Xəzər Lənkəran”a bağlıyam. Özüm də orda qalmağımı istəyirəm. Lakin başqa ölkələrdə - Rusiya və Türkiyə çempionatlarında oynamağım da mümkündür.
- Azərbaycan haqda hansı təəssüratınız qalıb?
- Onların mentaliteti elədir ki, daim inkişaf etmək, irəli getmək istəyirlər. Avropalılarla ünsiyyət qurmağı çox sevirlər. Elə tikinti işləri gedir ki, sanki Dubayı da arxada qoymaq fikrindədirlər.
- Bu ölkədən xatırladığınız ən qeyri-adi şey nədir?
- Qadınların stadiona getməməyi. Arenalarda tək-tük xanım görmək olar. Bunlar da əcnəbi futbolçuların həyat yoldaşlarıdır. Kişilər öz xanımlarına stadiona getməyə qadağa qoyur. Səbəb də odur ki, oradakı azarkeşlər çoxlu söyüş söyürlər.
- Azərbaycanda Honduras haqda nə bilirlər?
- Məni ən çox təəccübləndirən də elə budur. Elə şeylər bilirlər ki... Uzağa getməyək. Elə mənim tərcüməçimin telefonunda Hondurasla bağlı elə şəkillər var idi ki... Bilmirdim necə və haradan tapıb. Hondurasda nə isə olan kimi, bunu onlardan eşidirdim.

0
0