“Deportivo”nun hücumçusu Azərbaycan yolunda!
07.01.2011 - 00:25
Venesuela çempionatında forma geyinən futbolçu Azərbaycan klublarından birinə transfer oluna bilər. Apasport.az saytının məlumatına görə, “Deportivo”nun kolumbiyalı hücumçusu Maurisio Kalarinin klublarımızdan birinə keçidi demək olar ki, razılaşdırılıbmış.
Ancaq yerli menecerlərdən birinin Kalari ilə maraqlanan kluba hücumçu haqda saxta məlumatlar ötürməsi işdə ləngimə yaradıb. Futbolçunun meneceri Ərdəm Akşimşək apasport.az-a açıqlamasında, narazılıq yaradan detallar barədə açıqlama verib:
“Biz bu futbolçunu çox güvəndiyimiz azərbaycanlı bir dostumuzun vasitəsi ilə klublarınızdan birinə təklif etdik. Kalari hazırda Türkiyə Superliqası klublarının da marağındadır. Sadəcə, dostumuzun sözügedən kluba yaxınlığını və Azərbaycanla bağlı peşəkar planlarımızın perspektivini nəzərə alaraq, oraya keyfiyyətli futbolçuları ucuz şərtlərlə göndərmək niyyətindəyik. Kalarinin cəmi 23 yaşı var. Biz qocalmış, Azərbaycana ancaq pul qazanmaq üçün gələn oyunçuları təklif etmirik. Azərbaycana göndərməyi planlaşdırdığımız digər futbolçular da gəncdir. Bu gün eşitdim ki, bizim dialoq qurduğumuz kluba hansısa azərbaycanlı Kalariyə aid məlumatları ötürüb və futbolçunun 100 min dollar qarşılığında bir illik müqavilə bağlayacağını iddia edib. Heyf ki, Azərbaycanda futbol menecerliyi belə fırıldaq adamların əlində oyuncağa çevrilib” – deyə, Akşimşək bildirib.
Menecer, həmçinin vurğulayıb ki, Maurisio türk komandalarında da oynaya bilər: “Saytınız vasitəsi ilə bildirirəm ki, Kalari ölkənizə bizim şirkətin iradəsi xaricində və deyilən şərtlərdə qətiyyən gələ bilməz. Onunla heç bir azərbaycanlı menecerin birbaşa əlaqəsi yoxdur. İndiki mərhələdə biz Azərbaycan klubundan yekun qərarı gözləyirik. Olmasa, Maurisio Türkiyə klublarından birinə baxışa yollanacaq”.

0
0