ŞOK: “Liverpul”un baş məşqçisi qaçdı!
07.01.2011 - 10:00
ŞOK: “Liverpul”un baş məşqçisi qaçdı!
“Liverpul” klubunun baş məşqçisi Roy Hocson haqda şok xəbər yayılıb. Apasport.az saytının məlumatına görə, 63 yaşlı mütəxəssis ötən yay “sükanı arxası”na keçdiyi komandadan gizlicə qaçıb.

Hocson “Liverpul”un Melvuddakı bazasında əşyalarını toplayaraq, xəlvətcə aradan çıxıb və bir daha geri qayıtmağı istəmir. Onu tanınmış həmkarı, “Liverpul”un keçmiş futbolçusu Kevin Kiqan əvəzləyəcək. Kiqan vaxtilə “Nyukasl”, “Mançester Siti” və İngiltərə yığmasına rəhbərlik edib.

Qeyd edək ki, Hocson ötən mövsüm Londonun “Fulhem” klubunu Avroliqanın finalına kimi çıxarsa da, “Liverpul”da işi uğursuz alındı. Çempionluğa iddialı komanda turnir cədvəlinin ortalarında qərarlaşıb.