“İnter”in rəqibi özünə daha bir məşqçi tapdı
07.01.2011 - 10:17
“İnter”in “Birlik kuboku”nun qrup mərhələsində rəqibi olan Moldovanın “İskra-Stal” klubunda daha bir yenilik baş verib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm “Tiraspol”u çalışdıran Yuri Blonar Rıbnitsa təmsilçisinin məşqçilər korpusunda yer alıb. O, həmkarı Valeri Çalıyla birgə çalışacaq. Məhz Blonar həmkarına komandanı gələn şənbə Rusiyanın Sankt-Peterburq şəhərində startı götürüləcək turnirə hazırlaşdırmağa kömək edəcək. Bu isə o deməkdir ki, “İskra-Stal”a məsləhətçi kimi dəvət edilən Çalıy vakant qalan baş məşqçi vəzifəsini ən azı “Birlik kuboku”nda yerinə yetiriləcək.
Qeyd edək ki, “İnter”in rəqibinə gümüş medal qazandıran baş məşqçi Vlad Qoyan ötən ilin sonunda “Tiraspol”un sükanı arxasında keçdi.
Qeyd edək ki, “İnter”in rəqibinə gümüş medal qazandıran baş məşqçi Vlad Qoyan ötən ilin sonunda “Tiraspol”un sükanı arxasında keçdi.
0
0