Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq - YENİLƏNİB
07.01.2011 - 19:00
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIII beynəlxalq turnirin qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yarışda iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də taleyinə III tur aydınlıq gətirib.
Vəli Qasımovun yetirmələri Çin yığması ilə görüşüb. 43 yaşlı mütəxəssisin rəhbərliyi altında ilk sınağa yollanan millimiz birinci rəsmi məğlubiyyətini alıb – 0:3. Əvvəlki 2 oyunda heç-heçələri sıralayan komandamızın qrupda neçənci yer tutacağı və hansı finalda oynayacağına isə Belarus – Ukrayna oyununda aydınlıq gəlib. Rəqib qapısına 3 cavabsız qol vuran ukraynalılar Belarusu 2-ci, millimizi 3-cü pillədən sıxışdırıb çıxara bilib.
Bununla da qrup mərhələsini sonuncu yerdə başa vuran yığmamız yanvarın 9-da keçiriləcək finallarda 7-8-ci yerlər uğrunda mübarizə aparacaq. Komandamızın rəqibi digər qrupun autsayderi olan İtaliya yığmasıdır. Matç Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.
III tur, B qrupu
ÇİN – AZƏRBAYCAN – 3:0
UKRAYNA – BELARUS – 3:0

1 | Çin | 3 | 2 | 0 | 1 | 6-2 | 6 |
2 | Ukrayna | 3 | 1 | 1 | 1 | 4-3 | 4 |
3 | Belarus | 3 | 1 | 1 | 1 | 2-4 | 4 |
4 | AZƏRBAYCAN | 3 | 0 | 2 | 1 | 1-4 | 1 |
0
0