Elmir Əliyev: O, komandamızda qalmaq istəyir
07.01.2011 - 11:44
Elmir Əliyev: O, komandamızda qalmaq istəyir
“Kamerunlu futbolçumuz Armand Feutçenin komandada qalması hələ dəqiqləşməyib. Ancaq deyəsən, o, buna razıdır. Armand vətənindən hələ gəlməyib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.

Qış fasiləsində heyətində ciddi islahatlara başlayan gəncəlilər ukraynalı Vladimir Kozlenko, gürcü Georgi Seturidze və Levan Mdvinişvili, kamerunlu Patris Nikeudu, yerlilərdən isə Rafael Əmirbəyov və Rəhman Əzizovla yollarını ayırdı. Ancaq “altılığ”a düşməməyi rəsmiləşən komanda müqaviləsi başa çatmış kamerunlu Armand Feutçineni heyətində saxlamaq niyyətindədir. Əliyev bununla bağlı artıq futbolçu ilə söhbət edildiyini bildirib: “Armandın komandamızda qalmaq fikri var. Yeni transferlər bağlı işlər görülür. Bir neçə yerli futbolçu ilə danışıqlarımız olub. Onları Gəncəyə dəvət etmişik. Yaxın günlərdə gələcəklər. Bundan sonra rəsmi açıqlama verə bilərik”.

Qeyd edək ki, komanda yanvarın 10-da bir araya gələrək, məşqlərini Gəncədə keçirəcək