“Everton” “Neftçi” ilə yoldaşlıq oyununa gəlir
07.01.2011 - 12:35
“Everton” “Neftçi” ilə yoldaşlıq oyununa gəlir
İngiltərənin məşhur “Everton” klubu Bakıya gələ bilər. Apasport.az saytının məlumatına görə, britaniyalılar yayda ölkəmizə gəlib, “Neftçi” ilə yoldaşlıq görüşü keçirmək niyyətindədirlər.

Hər iki klub nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında bildirilib ki, artıq “Everton”un baş məşqçisi Devid Moyesin də məsələdən xəbəri var. Məhz onunla müzakirələrdən sonra matçın keçirilib-keçirilməyəcəyi və oyunun tarixi dəqiqləşəcək.

Qeyd edək ki, bunadək Türkiyənin “Qalatasaray” klubunun da “Neftçi” ilə oynayacağı haqda ilkin razılıq əldə olunmuşdu. Lakin bu ay baş tutmalı olan həmin qarşılaşma keçirilmədi.