Araz Abdullayevin “Everton”a gedəcəyi gün dəqiqləşdi
07.01.2011 - 13:08
Azərbaycan millisinin və Bakının “Neftçi” klubunun futbolçusu Araz Abdullayevin “Everton”un düşərgəsinə gedəcəyi gün məlum olub. Apasport.az saytının xəbərinə görə, futbolçumuz fevralın 15-28-də Britaniya təmsilçisinin məşqlərinə qatılacaq.
Lakin həmin vaxtadək Araz ingilislərin ona verdiyi xüsusi məşq proqramı üzrə hazırlıq keçməlidir. Buna əməl edəcək Abdullayevin xüsusi proqramla məşqlərdən sonra hansı səviyyədə olmasına isə 2 həftəlik İngiltərə səfərində aydınlıq gələcək.
Abdullayevin keçidi ilə bağlı razılığa gələn “Neftçi”və “Everton” arasında bağlanan müqaviləyə əsasən yarımmüdafiəçi yalnız mövsümün sonunda İngiltərəyə üz tutacaq.
Zədəli Flavinyonun yoxluğunda Abdullayevi saxlamaqda israrlı olan bakılılar yalnız yayda gənc istedadı “Everton”a buraxacaq. Paytaxt klubunun müqaviləyə daxil etdirdiyi daha bir bənd isə futbolçunun gələcək karyerası ilə bağlıdır.
Belə ki, ingilislər Arazı nə vaxtsa başqa kluba icarəyə vermək hüququndan məhrumdur. Onlar yarımmüdafiəçini yalnız və yalnız “Neftçi”yə icarəyə verə bilər.

0
0